Ölkə

Paytaxtda quraqlığa davamlı ağac və kollar əkilir

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Bakı şəhərində yaşıllıq zolaqlarının artırılması, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində işlər davam etdirilir. Mövsümlə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən paytaxtın müxtəlif ərazilərində kütləvi ağac əkilməsi və yaşıllaşdırma işləri aparılır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Son vaxtlar Bakının flora müxtəlifliyi xeyli artırılıb, həmçinin şəhərin iqlim şəraitinə uyğunlaşmış yerli ağac növlərinin də əkilməsi aparılır. Eyni zamanda qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun, həmçinin müxtəlif rəngdə çiçəklənən ağac və kolların əkilməsinə üstünlük veriləcək. Görülən işlər  təcrübəli landşaft dizaynerləri və mütəxəssislərin iştirakı ilə aparılacaqdır.

Mövsüm ərzində paytaxtda Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən şəhərin iqliminə uyğun,  xüsusi rəng çalarları ilə seçilən, qırmızı, sarı, ağ rəngdə gülləri ilə şəhərə xüsusi  gözəllik verəcək Lənkəran akasiyası, çezalpiniya, jumolas, qlisiniya  əkilməsi, yeni formada yaşıllıq güşələrinin yaradılması həyata keçiriləcəkdir. İlkin vaxtda yeni kollar sakinlərimizin daha çox olduqları gəzinti və istirahət yelərində – Mərkəzi, Qış, Atatürk və Nizami parklarında, əsas prospekt və küçələr boyunca əkiləcəkdir.

Sakinlərimizə də öz həyətlərində bu cür ağac və kolların əkilməsi tövsiyə olunur.


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button