Ölkə

Paytaxtın mərkəzində TƏHLÜKƏ: Binadan beton parçaları hər an qopub düşə bilər

Bakının Səbail rayonunda binanın qəzalı vəziyyətə düşməsi sakinlərin narahatlığına səbəb olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bildirir ki, bununla bağlı Oxu.Az-a oxucu müraciəti daxil olub.

Qeyd olunub ki, söhbət Xaqani və Puşkin küçələrinin kəsişməsində yerləşən dördmərtəbəli binadan gedir.

“Neçə ildir, şikayət edirik, bizə eyni cavabı verirlər – “vəsait yoxdur”. Əgər bu beton parçaları kiminsə üstünə düşsə, faciə qaçılmaz olacaq”, – deyə müraciətdə vurğulanır.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Səbail rayonunda təmir işlərinin aparılması məqsədilə qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahısı (sözügedən yaşayış binası da daxil olmaqla) tərtib olunaraq bir müddət əvvəl aidiyyəti üzrə rəsmi müraciət olunub.

“Sözügedən ünvan da nəzarətdə saxlanılır”, – deyə RİH-dən bildirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button