Ölkə

Peyğəmbərin qoyun otarmasının hikməti

Bildiyimiz kimi Muhəmməd Peyğəmbər ﷺ Məkkədə olanda uşaq vaxtı Bəni Səd tayfasının qoyunlarını otarırdı. Peyğəmbər ﷺ bu haqda belə buyurur: “Allahın göndərdiyi peyğəmbərlərin hamısı qoyun otarmışlar”. Səhabələr: “Sən də?”- deyə soruşdular. O dedi: “Bəli, mən bir neçə qirata məkkəlilərin qoyunlarını otarardım”. (əl-Buxari, 2102, 2262). Rəvayət edilir ki, bir gün dəvə sahibləri ilə qoyun sahibləri bir-birinin yanında öyünməyə başladılar. Onda Peyğəmbər ﷺ buyurdu: “Musa qoyun otaran çoban ikən peyğəmbər göndərildi. Habelə, Davud qoyun otaran çoban ikən ona peyğəmbərlik verildi. Eləcə də, mən Əcyad deyilən yerdə ailəmin qoyunlarını otaran çoban ikən peyğəmbər göndərildim”. (əl-Buxari “Ədəbul-Mufrad” 577; ət-Tayəlisi “Musnəd” 1407). İslam alimləri peyğəmbərlərin çoxunun qoyun otarmalarının hikmətlərindən aşağıdakıları qeyd etmişlər:

–    insanlarla davranmalarını öyrətmək üçün uşaq vaxtından buna alışmaları; məsələn, heç bir peyğəmbər dəvə otarmayıb, çünki dəvələr kinlidir və onu otaran adamlarda sərtlik əmələ gəlir.

–    qoyun digər heyvanlara nisbətən zəifdir və onu otaran adam daima onları nəzarətdə saxlayıb qeydlərinə qalmalıdır; başqa ev heyvanları isə belə deyil;

–    başqalarına nümunə olmaq üçün Allah onları insanın öz zəhməti ilə qazanmasını bildirməsi;

–    qoyun otaran adamlarda müəyyən bir təvazökarlıq və mülayimlik var və s.

Uca Allah Qurani-Kərimdə onun haqda buyurur: “Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər…” (Ali-İmran, 159).

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button