Qardaş Türkiyədə mayın 14-də keçiriləcək parlament və prezident seçkilərində maraqlı məqamlar üzə çıxıb. Namizərdliyi irəli sürülən şəxslərin bir çoxunun qaranlıq keçmişi, hətta terrorçuları dəstəklədiklərinə baxmayaraq millət vəkilliyinə irəli sürüldükləri bəlli olub. Və bu sırada daha çox CHP və İYİ Partiyanın adı hallanır.
Bəlli olub ki, Millət Alyansının prezidentliyə namizədi CHP sədri Kamal Kılıçdaroğlu və İYİ Partiyanın sədri Meral Akşener partiya siyahılarından millət vəkillliyinə namizəd kimi adları qalmaqallarda səslənən bir çox şəxsləri daxil ediblər. Türk mediası yazır ki, bu siyahıda şəhidləri söyənlər, fırıldaqçılar, məhv edilən PKK-çıların dəfn mərasimində iştirak edənlər, terror lideri Öcalan tərəfdarları, Mehmetçikə “uşaq qatili” deyənlər var. Ən çox gündəmi zəbt edən xəbərlərdən biri də Sadullah Ergin adlı şəxsin namizəd kimi irəli sürülməsidir. Kamal Kılıçdaroğlunun partiyasından namizəd olan bu şəxs vaxtilə ədliyyə naziri kimi çalışıb. Kılıçdaroğluya qarşı sərt və müxalif olmasına baxmayaraq namizəd kimi adı hallanır.
İYİ Partiyadan İstanbul 2-ci Bölgə üzrə millət vəkilliyinə namizəd olaraq irəli sürülən Səlim Ensarioğlunun terrorçuların lideri Abdullah Öcalanın ev dustaqlığına çıxarılmasını istədiyi ilə tanınır. Ensarioğlu, “Məncə, Öcalana ev dustaqlığı kimi daha mülayim bir iş verilməli, televiziya və ya telefonda videolu və ya videosuz mühit təmin edilməlidir” deməsi ilə tanınır. Bundan başqa, Səlim Ensarioğlunun oğlu Vejdin Ensarioğlu da Diyarbəkirdən namizəd olub.
Qeyd edilir ki, Türkiyənin xarici siyasəti ilə bağlı çox tənqidi açıqlamalar verən CHP-dən Ünal Çeviköz partiyasının deputatlığa namizəd siyahısında yer almayıb. Çeviköz üçün Xarici İşlər Nazirliyi də iddialar arasındadır. Türk mediası “əgər belədirsə, bu, tam bir fəlakətdir” yazıb. Çeviköz “Mavi Vətən”i təcavüz kimi qələmə verən, “Liviyada nə işimiz var” deyən, Azərbaycana yardıma qarşı çıxan, S-400-lərin geri qaytarılmasını müdafiə edən bir şəxsdir.
CHP-nin başqa bir qalmaqallı namizədi Mersindən namizəd olaraq irəli sürülən Həsən Ufuk Çakırıdır. Çakır, 2006-cı ildən bəri onun oğurluq, hədə-qorxu, qəsdən xəsarət yetirmə, təhqir etmə kimi cinayətlərdə əli olduğu iddia edilir.
Şəhid ailəsini lənətləyən Lütfü Türkkan bu seçkilərdə də Akşenerin partiyasından namizəd olub. Türkkan Kocaelidən namizəd olub. FETÖ ilə əlaqəsi üzə çıxan və bu səbəbdən AKP-dən xaric edilən İdris Naim Şahin Ordudan İYİ Partiyanın namizədi olub.
Azər Nuriyev
Milli.Az