Ölkə

“Playboy” dəfələrlə plastik əməliyyat olunan modeli “ideal qadın” seçdi

Norveçin “Playboy” jurnalı ideal qadını seçib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qaynarinfo.az- a istinadən xəbər verir ki, bu ada 35 yaşlı braziliyaçlı model Janaina Prazeres layiq görülüb.

Prazeres açıqlamasında bildirib ki, əslində bir neçə dəfə plastik cərrahlara üz tutub, ona görə də indiki görünüşü gənc yaşındakı görünüşündən bir qədər uzaqdır.

Onun sözlərinə görə, xarici görünüşünü yaxşılaşdırmaq üçün 300 min dollar xərcləyib və peşman deyil. Model əmindir ki, gözəllik onun uğurlu karyerasının açarıdır.

Model “Daily Star”a açıqlamasında “Özümü daha gözəl hiss etməyi xoşlayıram, hər zaman özünə hörmətimi artırmağa çalışıram. Daha yaxşı həyatın sirri budur. Ona görə də buna sərmayə yatıra bilsəm, qənaət etmirəm”, deyib.

Prazeres artıq əməliyyat yolu ilə arıqlayıb, iki burun əməliyyatı, sinə böyütmə, omba böyütmə və gözəllik inyeksiyaları etdirib. O, həmçinin daha incə görünmək üçün hormon implantları və qabırğa sümüyünün çıxarılması əməliyyatı keçirib.

Bundan əlavə, model idmanla fəal məşğul olur və psixi sağlamlığından narahatdır. O, hər gün psixoloqa müraciət etdiyini deyir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button