Ölkə

Polisə müqavimət göstərən şəxsə atəş açıldı

Bakı şəhərində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, axtarışda olan şəxs polis əməkdaşlarına kəsici alətlə müqavimət göstərib qaçmağa cəhd edib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, sentyabrın 24-də gecə saatlarında əvvəllər məhkum olunan 1991-ci il təvəllüdlü Əlizadə Fərid saxlanılarkən üzərində olan bıçaqla polis əməkdaşlarına müqavimət göstərdiyindən ona xidməti tabel silahı ilə xəbərdarlıq edilməklə saxlanılıb. Xəsarət alan şübhəli şəxs xəstəxanaya yerləşdirilib.

Onun üzərindən bıçaq, satış məqsədilə daşınan müxtəlif çəkilərdə qablaşdırılan narkotik vasitə olan herion aşkarlanıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button