Ölkə

Polis Göyçayda 9 nəfər saxladı

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan – Baba Babayev, əvvəllər məhkum olunmuş Habil Salehov və Rəşad Quliyev həyata keçirilən tədbirlərlə saxlanılıb. Onların yaşadıqları evlərin həyətyanı sahələrindən kultivasiya edilərək yetişdirilən, çəkisi 10 kiloqram olan çətənə bitkiləri aşkar edilib. Saxlanılan şəxslər çətənə kollarına aqrotexniki qulluq göstərdiklərini bildiriblər. 

Keçirilən digər tədbirlərlə rayon ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Taleh Əsgərov, Hacı Kərimov, Müşviq Məmmədov, Fariz Əliyev, Mübariz Məmmədov və Rəşad Bəyalıyev saxlanılıb. Onlardan heroin, marixuana və metamfetamin aşkar edilərək götürülüb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button