Ölkə

Polis kapitanı “Prius”la qəza törətdi – ölənlər var

Amur vilayətinin Blaqoveşensk şəhərində ölümlə nəticələnən yol qəzası olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı polis kapitanının idarə etdiyi “Prius” markalı avtomobil Mazanovski meşə təsərrüfatının 41 yaşlı rəisi Vladimir Znatnovun idarə etdiyi “Nissan Murano” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində Vladimir Znatnov yerindəcə keçinib, həyat yoldaşı hakim Natalya Znatnova isə təcili yardımı gələnədək ölüb. Onların iki yaşlı oğlu reanimasiyaya aparılıb və komadadır.

Polis kapitanı kəllə-beyin travması, beyin silkələnməsi, üzündə sıyrıqlar və göyərmə tipli xəsarətlər alıb. Onun barəsində cinayət işi açılıb.

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button