Ölkə

Polis şöbəsində şüşəni sındırıb, özünə xəsarət yetirdi

Xəzər rayonunda yerləşən “Qala” stansiyası ərazisində saxlanlan şübhəli şəxs qollarını şüşə ilə doğrayıb. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 8-də, saat 12:00 radələrində baş verib. 

Belə ki, 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Sakit (şərti) “Qala” stansiyası ərazisində özünü şübhəli apardığına görə polis əməkdaşları ona yaxınlaşıblar. Lakin Sakit qaçmağa cəhd edib, polisin əməkdaşlarının qanuni tələbinə məhəl qoymayıb, onlara qarşı tabesizlik göstərib.

Daha sonra saxlanılaraq Xəzər rayon Polis İdarəsinə aparılan Sakit orada şüşəni sındıraraq, özünə xəsarət yetirib.  

Məhkəmənin qərarı ilə Sakit İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və  barəsində 8 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button