Hadisə

Polkovnik Həziyev həbs olundu

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Naxçıvanda N saylı hərbi hissənin komandiri, polkovnik Həziyev Samir Mətləb oğlu həbs olunub.

Bununla bağlı Hərbi Prokurorluğun İstintaq İdarəsində aparılan cinayət işi üzrə qərar elan olunub.

Belə ki, S. Həziyev barəsində Cinayət Məcəlləsinin 341.2.3-cü (bir qrup şəxs tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və ya vəzifə səlahiyyətlərini aşma bir qrup şəxs tərəfindən ağır nəticələrə səbəb olduqda) maddəsinə əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, S. Həziyev Əlahiddə Ümumqoşun Ordunun keçmiş komandanı general-polkovnik Kərəm Mustafayevin yaxın adamı hesab olunur.

Xatırladaq ki, K. Mustafayev bu yaxınlarda müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun komandanı vəzifəsindən azad edilib.(Bizim.Media)

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button