Ölkə

“Prezident İlham Əliyevlə çox fəxr edirəm”

“Mən Prezidentimiz İlham Əliyevlə çox fəxr edirəm. Onunla Azərbaycan çiçəkləndi, Bakı isə dünya miqyaslı şəhərə çevrildi”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu “Report”a teatr və kino rejissoru, teleaparıcı, aktyor, ictimai-siyasi xadim Yuli Qusman deyib.

“Heydər Əliyev dünyasını dəyişəndə ​​gənc İlham Əliyev üçün mənəvi cəhətdən kifayət qədər çətin idi, çünki böyük dövlət xadiminin oğlu olmaq və atanıza layiq olduğunuzu əməlinizlə sübut etmək həmişə çətindir. İlham Əliyevin bütün nailiyyətləri uzun müddət sadalaya bilərəm. O həm də parlaq sərkərdə çıxdı və Qarabağı qaytardı. Onun gördüyü işlər bu 20 ilə layiqdir. Bu illər Azərbaycan xalqının böyük əmək sərf etdiyi, inanılmaz qələbələr – həm iqtisadi, həm də diplomatik qələbələr qazandığı illəri idi”, – Y.Qusman bildirib.

O, heyrətamiz, böyük və möhtəşəm işinə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib: “Yaşasın Azərbaycan! Məncə, hər bir azərbaycanlının ürəyində bu sözlər səslənir”.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button