Uncategorized
Prezident İtaliyanın Azərbaycandakı səfirliyində olub, Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da İtaliya Respublikasının ölkəmizdəki səfirliyində olub, İtaliya Respublikası Nazirlər Şurasının keçmiş Sədri Silvio Berluskoninin vəfatı ilə əlaqədar başsağlığı verib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın ölkəmizdəki səfirliyinə gəldi.
İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri dövlətimizin başçısını qarşıladı.
Prezident İlham Əliyev matəm kitabına ürək sözlərini yazdı.
Milli.Az