Ölkə

Prezidentin göstərdiyi dəstək nəticəsində bu gün Qarabağ Universitetindəyik

Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi dəstək sayəsində bu gün Qarabağ Universitetindəyik.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Qarabağ Universiteti tələbəsi Ayşən Məmmədli deyib.

“Qarabağ Universitetinə qəbul olduğum üçün çox sevincliyəm. Azərbaycan Prezidenti İlham Əliyevin göstərdiyi dəstək sayəsində bu gün Qarabağ Universitetindəyik. Düşünürəm ki, universitet il keçdikcə daha da inkişaf edəcək. Özüm ağdamlıyam. Həm buna görə, həm də təhsil səviyyəsinə görə buranı seçdim. Universitetdə bizim üçün hər bir şərait yaradılıb. Bunun üçün təşəkkür edirəm”, – deyə o bildirib.

Qeyd edək ki, 2024/25-ci tədris ili üzrə Qarabağ Universitetinə 1104 nəfər qəbul olub və qəbul planı 98,5 faiz dolub. Universitetə qəbul olan tələbələrdən 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Ən yüksək nəticə 683,8 balla hüquqşünaslıq ixtisası üzrə qeydə alınıb. Olimpiada qalibi olan bir abituriyent universitetin elektrik və elektronika mühəndisliyi ixtisasına müsabiqədənkənar qəbul edilib. Ümumilikdə, Qarabağ Universitetinə I-IV ixtisas qrupları üzrə orta qəbul balı 467,6 olub. Bundan əlavə, ilk tədris ilində Qarabağ Universitetində hüquqşünaslıq, xarici dil müəllimliyi (ingilis dili), maliyyə və mühasibat ixtisasları üzrə “SABAH” qrupları təşkil olunub.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button