Ölkə

Prezidentin şəxsiyyətinə olan böyük diqqət “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında bir daha təsdiqləndi

Prezident İlham Əliyevin şəxsiyyətinə olan böyük diqqət sonuncu beynəlxalq tədbir – “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısında bir daha təsdiqləndi.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, beynəlxalq təşkilatların rəhbərləri, diplomatlar və ölkələrin rəsmi şəxsləri Prezident İlham Əliyevlə təmasa böyük maraq göstərdilər.

“Səmimi görüntülər, xoş davranışlar və konstruktiv müzakirələr Prezident İlham Əliyevin təkcə Qarabağ fatehi olmadığını sübut edir. Onun etibarlı söz sahibi olduğunu göstərən Prezident avropalılarla kəsdiyi sözün onun üçün nə qədər önəmli olduğunu hər kəsin nəzərinə çatdıraraq, böyük etimad qazanıb. Prezident İlham Əliyev sıradan söz demir, dediyini edir və Azərbaycanın milli və dövlət maraqlarını önəmli hesab etməklə yanaşı, bölgədə və dünyada rifaha, təhlükəsizliyə və sabitliyə töhfə vermək əzmini nümayiş etdirir. Bu səbəbdən istənilən tədbir çərçivəsində Azərbaycan Prezidenti ilə görüş növbəsi yaranır”.

Politoloq qeyd edib ki, Londonda da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerdən tutmuş, Azərbaycanın dostu, Macarıstan baş naziri Viktor Orbanadək, səfər dəvətini edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerdən İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherdədək, Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Fridendən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kralınadək hər kəs İlham Əliyevlə görüş və söhbətdən faydalanmaq istəyirdi.

“Lüksemburq dünənədək Azərbaycana qarşı necə davranırdı, çoxlarımız bilirik. Qərəzli qətnamə, absurd bəyanatlar, Ermənistanın işğalının himayə olunmasına cəhdlər, erməni yalanlarının himayə olunması… Amma Lüksemburqun baş naziri Lyuk Friden Prezident İlham Əliyevlə görüşdə deyib ki, COP29-da iştirak edəcək. Həmçinin, Azərbaycanla Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanın Avropa İttifaqı və ittifaqa üzv ölkələrlə çox yaxın əlaqələrə malik olduğu qeyd edilib və “Avropa Siyasi Birliyi” platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirilib. Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulanıb”.

Onun sözlərinə görə, Azərbaycan dövlətinin Qoşulmama Hərəkatının üzvü kimi istənilən tədbirdə iştirakı, Prezident İlham Əliyevin Astana, Şanxay Əməkdaşlıq Təşkilatının zirvəsində iştirakı və Çin, Rusiya ilə düşmən olan Qərbdən neqativ reaksiya gəlməməsi, Azərbaycanın müstəqil siyasət yürütməsinin göstəricisidir.

“Bütün bunlar müstəqil olmağın məntiqi nəticəsidir. Amma Fransa prezidenti Ermənistan baş naziri Nikol Paşinyana İlham Əliyevlə görüşməyə icazə vermədi. Düzdür, sülh imzalamağın əsas şərtini yerinə yetirməyən, yəni konstitusiyasını dəyişməyən Paşinyanın görüşməyə üzü və sözü də yox idi. Amma hər halda Ermənistanın iradə sahibi olmadığını isbatlamağa zərurət yoxdur.

Azərbaycan lideri regional əməkdaşlıq və daimi sabitliyin təmin olunmasını fəaliyyətinin prioritetləri sırasına daxil edərək, beynəlxalq arenada güclü və etibarlı mövqe nümayiş etdirir. Prezident İlham Əliyevin uğurlu və çoxşaxəli xarici siyasəti, Azərbaycanın beynəlxalq tədbirlərdə yüksək səviyyədə iştirakı və söz sahibi olması, ölkənin dünya miqyasında nüfuzunun artmasına səbəb olur”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button