Ölkə

PRoMetedən xanımına: “Həyatımızda sevgi olan, uzun bir yoldayıq”

Keçmiş “H.O.S.T” qrupunun üzvü, PRoMete ləqəbi ilə şou-biznesdə məşhurlaşan repçi Pərviz İsaqov həyat yoldaşı Ülkər xanımla bağlı diqqət çəkən paylaşım edib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildriir ki, sənətçi həyat yoldaşı ilə birlikdə çəkilən fotolarını izləyiciləri ilə bölüşərək, onun doğum günü olduğunu bildirib. 

PRoMete paylaşımında Ülkər xanıma təbrik mesajını bu sözlərlə ifadə edib: 

“Mən hələ də hesab edirəm ki, biz uzun bir yoldayıq. Əsas odur ki, həyatımızda sevgi var və bu yolu sevginin müşayiəti ilə gedirik.

Şair gözəl deyir: 

Bizi yollar səsləyir, 

Bizi yollar gözləyir, 

Qəlbimizdə şirin arzular… 

Yeni yubileyin mübarək! Əsas sağlam ol, qalan hər şey asandır. Şəkilləri də yolla bağlı seçmişəm. Biz qəşəng düşməsək də olar”. 

Qeyd edək ki, evliliklərinin onuncu il dönümünə qədəm qoyan cütlüyün doqquz yaşlı Sofiya adlı bir qız övladı var.  

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button