Ölkə

Pullu yoldan istifadə belə olacaq – Detallar AÇIQLANDI

Bakı – Quba – Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda sürət həddi eyni, ödənişin həcmi isə fərqli olacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, tariflər avtomobilin qət etdiyi məsafəyə görə hesablanacaq.

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyir ki, adıçəkilən yol əvvəlkindən daha qısa, sürətli və rahat olacaq.

Yoldan istifadəyə görə ödəniş Tarif Şurası tərəfindən müəyyənləşdiriləcək. Minik və yük avtomobilləri üçün tariflər müxtəlif olacaq.

Xüsusi radar-tərəzilər vasitəsilə əvvəlcədən yük avtomobillərinin parametrləri – çəkisi, normadan artıq yüklənib – yüklənmədiyi müəyyən ediləcək və sistemə ötürüləcək. Nəticələrdən asılı olaraq həmin nəqliyyat vasitələrinin ödənişli yola buraxılıb – buraxılmayacağı müəyyən ediləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button