“Pusu”nun 51 yaşlı aktrisası alimlərin araşdırma obyektinə çevrildi
Aparıcı, müğənni və aktrisa Defne Samyeli Çində alimlərin araşdırma mövzusuna çevrilib.
Milli.Az olay-a istinadən xəbər verir ki, 51 yaşlı Samyeli ilə bağlı Çinin əhəmiyyətli universitetlərindən biri olan Xiamen Universitetində araşdırma aparılıb.
Araşdırmada müxtəlif ölkələrdən genetik mənşəli və dəri gəncliyi ilə bağlı nümunələr öyrənilib. Onların arasında türkiyəli sənətçinin də olduğu açıqlanıb.
Universitetin dəvəti ilə Pekinə getməyə hazırlaşan Samyeli genetika və dəri gəncliyi üzərində çalışan tədqiqatçılarla görüşəcək.
D.Samyeli təxminən 4 min insanın qatılacağı konfransda çıxış edəcək.
“Dəri sağlamlığı və gözəlliyi uşaqlığımdan bəri həyatımın bir parçası olub. Dəri tək bir rutinlə izah ediləcək mövzu deyil. Bu, ağıl-bədən əlaqəsi, hərəkət, qidalanma, həyat tərzi və mentalitetlə vahid bir yanaşmadır. Bu, həqiqətən də möcüzəvi adlandırıla biləcək nəticələrə səbəb olur”- deyə Dafne bildirib.
Milli.Az