Ölkə
Qəza törətdi, 2 yaşlı oğlu öldü
Ağsu rayonunda ağır yol qəzası baş verib.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Kürdəmir rayon sakini Rəşad Mustafayevin idarə etdiyi “VAZ 2107” markalı avtomobil Növcü kəndində hərəkətdə olarkən qarşısına iribuynuzlu heyvan çıxıb. Bu zaman maşın qəzaya düşüb və sürücünün 2 yaşlı oğlu Mehrac ağır kəllə-beyin travması alıb. Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən azyaşlı orada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri həyata keçirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun