İdman

“Qəbələ” ardıcıl üçüncü oyunda məğlub olub

Futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha bir oyunu keçirilib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, günün ilk matçında “Qəbələ” “Sumqayıt”ı qəbul edib.

Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə bitib. “Gənclik şəhəri” təmsilçisinin qollarını 3-cü dəqiqədə İsa Suliman, 31-ci dəqiqədə Kamran Əliyev vurub. “Qırmızı-qaralar”da 53-cü dəqiqədə Osama Xalayla fərqlənib.

Rəqibindən bir oyun az keçirən “Sumqayıt” ikinci qələbəsini qazanıb. Meydan sahibləri isə hər üç qarşılaşmadan məğlub ayrılıb.

Qeyd edək ki, günün digər görüşündə “Səbail” “Zirə”ni qəbul edəcək. Turun açılış matçında “Turan Tovuz” səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. III turun “Qarabağ” – “Araz-Naxçıvan” və “Sabah” – “Neftçi” matçları avqustun 20-də olacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button