İdman

“Qəbələ” Konfrans Liqasında mübarizəni dayandırıb

“Qəbələ” UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, II təsnifat mərhələsinin cavab oyununda Kiprdə “Omoniya”ya 1:4 hesabı ilə uduzan “qırmızı-qaralar” turnirlə erkən vidalaşıb.

Matçda ilk qolu meydan sahibləri vurublar. 5-ci dəqiqədə Roman Bezus hesabı açıb. Ukraynalı futbolçu 29-cu dəqiqədə dubl edib. 10 dəqiqə sonra Adam Lanq 3-cü topu “qırmızı-qaralar”ın qapısından keçirib. İlk hissə bu hesabla başa çatıb.

“Qəbələ” ikinci yarıya qolla başlayıb. 56-cı dəqiqədə Ahmed Ayzaya uzaq məsafədən baxımlı zərbə ilə fərqi azaldıb. Buna baxmayaraq, cəmi 3 dəqiqə sonra Villi Semedu Azərbaycan təmsilçisini 4-cü dəfə meydanın mərkəzinə dəvət edib.

Qeyd edək ki, bu komandaların ilk dualindən də “Omoniya” qalib ayrılmışdı – 3:2.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button