Qəbələdə seldən 5 nəfər xilas edilib – VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayon Laza kəndi ərazisində vətəndaşların çayda köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Nazirlikdən verilən məlumata görə, daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, intensiv yağan yağışlar nəticəsində Dəmiraparan çayına sel gəlməsi səbəbindən Laza kəndi, Tala adlanan ərazidə istirahətdə olan vətəndaşlar təhlükəli vəziyyətdə qalıb.
Xilasedicilər xilasetmə vasitələrindən, o cümlədən alpinist avadanlıqlarından istifadə etməklə unikal xilasetmə əməliyyatı həyata keçirərək çay üzərində xüsusi xilasetmə keçidi qurub təhlükəli vəziyyətdə qalan vətəndaşlar, 1987-ci il təvəllüdlü Hüseynov Orxan Qurban oğlu, 1988-ci il təvəllüdlü Abbasov Elşən Eynulla oğlu, 1989-cu il təvəllüdlü Şabıyev Elşən Elxan oğlu, 1990-cı il təvəllüdlü Şirvanzadə Şakir Akif oğlu və 1990-cı il təvəllüdlü Əsədov Pünhan Süphan oğlunu çayın üzərindən keçirərək təhlükəsiz əraziyə təxliyə ediblər.
Milli.Az