Uncategorized

Qərbin “təkmilləşmiş” üsullarına alət olan professorun aqibəti – Baş tutmayan plan

Azərbaycanın 44 günlük müharibədəki zəfərini həzm edə bilməyən qüvvələr ölkədə baş verən proseslərə müxtəlif don geyindirərək tarixi qələbəmizə kölgə salmaq istəyirlər. Bəzi şəxslər tərəfindən Cənubi Qafqazdakı sülhün və sabitliyin qorunmasında böyük rolu olan Azərbaycanın azad edilmiş ərazilərdəki sürətli tikinti-bərpa işlərini fərqli tərzdə təqdim edərək əhali arasında çaşqınlıq yaradılır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Onlar vəziyyətdən və nüfuzundan istifadə edərək, qərbin alətinə çevrilərək daxili gərginlik yaratmağa çalışırlar. Bu şəxslərdən biri də son günlər FETÖ ilə əlaqədar saxlanılması ilə gündəmi zəbt edən nəzəriyyəçi professor Qubad İbadoğludur. 

Digər ölkələrin daxili işlərinə qarışmağı, öz ölkələrindəki vəziyyətə göz yuman qərb əvvəllər “AXCP-Milli Şura”dan istifadə etsə də, hazırda üsullarını biraz “təkmilləşdiriblər”. Belə ki, ölkədəki tanınmış şəxslərin nüfuzundan istifadə edən qərbin bu dəfə də təkcə Türkiyədə yox, dünyanın bir sıra ölkələrində o cümlədən Azərbaycanda şaxələnmiş terror təşkilatı olan FETÖ-nun üzvü olmaqda şübhəli bilinən Qubad İbadoğlunu qurban seçməsi aydın görünür. Məlum məsələdir ki, Türkiyədə çevriliş etməyə cəhd gəstərən təşkilat ABŞ tərəfindən dəstəklənib və maliyyələşdirilib.

44 günlük müharibədən sonra Qubad İbadoğlunun fəaliyyətindəki dəyişikliklərə nəzər salsaq bunda Qərb dairələrinin izini görməmək mümkün deyil. Qələbədən sonra sürətli bərpa-quruculuq işlərində bir çox ölkələrə nümunə olan Azərbaycanın daxilində əsassız iddialarla gərginlik yaratmağa çalışan bu şəxsin son vaxtlardakı fəaliyyəti şübhə doğurur.

Bu məsələlərin arxasında Sorosun dayandığı aşkar hiss olunur. Qərb ölkələri səfirliklərinin onun həbsinə dərhal reaksiya verməsi bunu deməyə əsas verir. Hansı ki, bu kimi ölkələr Ermənistanın beynəlxalq cinayətlərinə illərdir susub.

Son zamanlar Ukrayna böhranı ilə əlaqədar olaraq adını çox eşitdiyimiz Viktoriya Nulandın dəst-xətti bu məsələdə də özünü göstərir. Dövlət Departamentinə qaytarılmasından sonra aşkar ermənipərəst mövqeyi ilə seçilən, Bakıya qarşı ittihamlar irəli sürən, Yerevanda soyqrım abidəsini ziyarət edən Viktoriya Nulandın Qubad İbadoğlu məsələsi ilə əlaqəsinin olmamasını düşünmək sadəlövhlük olardı.

Rəsmi qeydiyyata alınmamış Azərbaycan Demokratiya və Rifah Partiyasının qurucusu və ilk sədri Qubad İbadoğlunun və onun timsalında bu kimi şəxslərin məqsədi aydın məsələdir. Qərbin əli ilə ölkədə narazılıq yaratmağa cəhd edən bu qüvvələr xüsusən də tarixi qələbəmizdən sonra daha da fəallaşıblar. Lakin, onların niyyəti baş tutmur və tutmayacaq da. Çünki, xalq İlham Əliyevin dəmir yumruğu ətrafında birləşib, ona inanır, onun nəyi nə vaxt edəcəyini çox yaxşı bilir.

İslam Məhərrəmov
Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button