Uncategorized

Qəzaların sayı son zamanlar niyə çoxalıb? – VİDEO

Xəbər verdiyimiz kimi, həftə sonu Bakıda və bölgələrdə baş verən yol nəqliyyat hadisələri zamanı 14 nəfər dünyasını dəyişib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər Xəbər-ə istinadən xəbər verir ki, dəfələrlə Yol Polisi tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq ağır yol nəqliyyat hadisələrinin qarşısını almaq mümkün olmur.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla əlaqə şöbəsinin baş inspektoru Toğrul Nəsirli deyir ki, baş verən yol nəqliyyat hadisələri məhz sürücülərin yol hərəkəti qaydalarına düzgün əməl etməməsi səbəbindən baş verir. Bəzi hallarda isə sürücülər avtomobilin texniki sazlığına əmin olmadan yola çıxırlar. Bununla yanaşı, sürücülərin bəzilləri işıqforun qırmızı işığından keçməklə də yol nəqliyyat hadisəsinin baş verməsinən səbəb olurlar.

Baş Dövlət Yol Polisi İdarəsi sürücü və piyadalara növbəti dəfə xəbərdarlıq edib. Xüsusilə də ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin baş verməməsi üçün yollarda daha diqqətli olmalı, yol hərəkəti qaydalarına əməl edilməlidir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button