Ölkə

Qəzaya düşən müğənninin son halı

Xəbər verdiyimiz kimi, rusiyalı müğənni Lada Dens bir neçə gün əvvəl avtomobil qəzası keçirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az axşam.az-a istinadən bildirir ki, üzündən iki dəfə əməliyyat olunan müğənninin son halı sosial şəbəkələrdə yayılıb.

Müğənninin meneceri Sergey Pudovkin isə onun səhhəti ilə bağlı bunları yazıb:

“İndi ən vacib şey onun reabilitasiyası və qəzanın ciddi nəticələrinin olmamasıdır. Bu gün müğənni ailəsi və dostları ilə söhbət edib. Üzündəki kosmetik problemlərlə bağlı məsələlər həll edilir, bütün lazımi prosedurlar həyata keçirilir”.

Qeyd edək ki, hadisə bir neçə gün əvvəl Krım magistralının 52-ci kilometrliyində baş verib. Qəza zamanı 3 avtomobil toqquşub, ümumilikdə 4 nəfər xəsarət alıb. Kəllə-beyin travması alan sənətçi Rusiyanın Fövqəladə Hallar Nazirliyinin helikopteri ilə xəstəxanaya çatdırılıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button