Ölkə

QAİ Qərb mediasını qınadı

Qərbi Azərbaycan İcması son vaxtlar bir sıra Qərb mediasında guya Azərbaycanın Ermənistana hücum edəcəyi barədə gedən məsuliyyətsiz və təxribatçı yazıları kəskin şəkildə pisləyir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə İcmadan bildirilib.

“Azad media, söz azadlığı adı altında ucuz sensasiya, dedi-qodu, böhtanla məşğul olmaq, qərəzli siyasi dairələrin sifarişini yerinə yetirmək jurnalistlərin peşəkarlığı, dürüstlüyü prinsipləri ilə tam ziddiyyət təşkil edir.

Hesab edirik ki, bu cür yazılar, ilk növbədə, Fransa tərəfindən Ermənistanın silahlandırılması və rəsmi Parisin Cənubi Qafqaz regionuna soxulması üçün bəhanə hazırlanmasına xidmət edir.

Bu xüsusda, Almaniya parlamentinin xarici əlaqələr komitəsinin sədri, qeyri-ciddi siyasətçi imici qazanmış Mixael Rotun son günlər İrəvanda verdiyi həyasız açıqlamaları rədd edirik. Azərbaycanı “təcavüz”də, “beynəlxalq hüququ pozmaq”da ittiham edən M.Rota öz ölkəsinin tarixinə diqqətlə baxmağa çağırırıq.

Deyəsən, Avropa Parlamenti, Luis Okampo, Yuri Kimdən sonra Ermənistanın yeni pənah yeri M.Rotdur. M.Rot kimi iqrçi, islamofob təfəkkürlü, ştatlı Azərbaycanofoblar Cənubi Qafqaz regionundan maksumum uzaq durmalıdır” – İcmanın bəyanatında bildirilib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button