“Qalatasaray” son dərəcə cəlbedici qrup rəqibidir”
“Bavariya”nın baş məşqçisi Tomas Tuxel Münhen klubunun Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasının nəticələrini şərh edib.
“Çempionlar Liqasındakı hər bir rəqib bizim böyük istək və fədakarlıqla qarşımıza çıxan bir çağırışdır. “Mançester Yunayted”, “Kopenhagen” və “Qalatasaray” komanda və azarkeşlər üçün son dərəcə cəlbedici qrup rəqibləridir. Biz həvəslənirik və tezliklə Avropa arenasına çıxmağı səbirsizliklə gözləyirik”, – deyə “Bavariya”nın mətbuat xidməti Tuxeldən sitat gətirib.
Milli.Az idman.biz-ə istinadən xəbər verir ki, bundan əvvəl Çempionlar Liqasında “Bavariya” turnirin hazırkı qalibi “Mançester Siti”yə məğlub olaraq 1/4 final mərhələsinə yüksələ bildi.
Çempionlar Liqasının qrup mərhələsi sentyabrın 19-da başlayır və dekabrın 13-də başa çatır. (https://www.idman.biz/az/news/world-football/1484)
Milli.Az