İdman

“Qalatasaray” və daha 7 komanda Çempionlar Liqasında mərhələ adladı

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə yekun vurulub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, ikinci oyun günündə keçirilən 8 qarşılaşma ilə III raundun növbəti iştirakçıları bəlli olub.

“Qarabağ” Polşada 2:3 hesabı ilə uduzduğu “Rakuv”la bu dəfə Bakı Olimpiya Stadionun qarşılaşıb. Ağdam klubu ilə 1:1 hesablı heç-heçə edən qonaqlar III raunda çıxıblar.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandası Qazaxıstanda “Astana”nın qonağı olub. İlk matçda rəqibini darmadağın edən zaqreblilər ikinci görüşdə də qələbə qazanaraq (2:0) mərhələ adlayıblar.

Türkiyə çempionu “Qalatasaray” isə ilk görüşdə 2:2 hesablı heç-heçəyə razılaşdığı Litva “Jalgiris”ini evdə minimal hesabla məğlub edərək adını növbəti raunda yazdırıb.

Bundan başqa, Farer adalarının “Klaksvik”, İsveçrənin “Servett”, Norveçin “Molde”, İsrailin “Makkabi” (Hayfa) və Danimarkanın “Kopenhagen” komandaları da III təsnifat mərhələsinə vəsiqə əldə ediblər.

UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin avqustun 2-də keçirilmiş cavab oyunlarının nəticələri:

2 avqust

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları

18:00. “Astana” (Qazaxıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) – 0:2

İlk oyun – 0:4

20:00. “Qarabağ” (Azərbaycan) – “Rakov” (Polşa) – 1:1

İlk oyun – 2:3

21:00. “Haken” (İsveç) – “Klaksvik” (Farer adaları) – 3:3 (Penaltilər seriyası – 3:4)

İlk oyun – 0:0

21:00. “Genk” (Belçika) – “Servett” (İsveçrə) – 2:2 (Penaltilər -1:4)

İlk oyun – 1:1

21:00. “Molde” (Norveç) – HİK (Finlandiya) – 2:0

İlk oyun – 0:1

21:00. “Makkabi” (Hayfa, İsrail) – “Şerif” (Moldova) – 4:1

İlk oyun – 0:1

22:00. “Kopenhagen” (Danimarka) – “Breydablik” (İslandiya) – 6:3

İlk oyun – 2:0

22:30. “Qalatasaray” (Türkiyə) – “Jalgiris” (Litva) -1:0

İlk oyun – 2:2

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button