İdman

“Qalatasaray”dan “Tottenhem”in futbolçusuna təklif

Türkiyə “Qalatasaray”ı İngiltərənin “Tottenhem” klubunun futbolçusu Davinson Sançesi transfer etmək istəyir.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, İstanbul təmsilçisi kolumbiyalı müdafiəçi üçün londonlulara 9 milyon avro dəyərində təklif göndərib.

28 yaşlı oyunçunun xidmətində “Cim-Bom”la yanaşı, Avropanın bir neçə komandası da maraqlıdır. Karyerası ilə bağlı yekun qərarı futbolçunun özü verəcək.

Qeyd edək ki, Davinson Sançes bu mövsüm “Tottenhem”in heyətində 24 oyun keçirib. Onun klubu ilə 2024-cü ilin iyununadək müqaviləsi var.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button