Ölkə

Qalkin Puqaçovanın yerini AÇIQLADI

Rusiyalı komediya ustası və teleaparıcı Maksim Qalkin həyat yoldaşı, müğənni Alla Puqaçova ilə Baltikyanı ölkələrdə fotosunu dərc edib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az lent.az-a istinadən bildirir ki, şəkil onun İnstaqram səhifəsində yerləşdirilib.

Noyabrın 4-də komediyaçı fotonun altına yazıb: “Bu gün Siquldada nə günəşli bazar günüdür”.

Üstəlik, elə həmin gün Tverdə Puqaçovanın maşını görünüb. O, noyabrın 2-də Rusiyaya qayıdıb. Sənətçi ölkəyə Pskov vilayətindəki sərhəd keçidindən daxil olub.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Alla Puqaçovanın geri qayıtmasını şərh edərkən deyib ki, qanuna tabe olan istənilən rus öz vətənini sərbəst tərk edə və istədiyi vaxt geri qayıda bilər.

Oktyabrın sonunda Puqaçova dörd ayda ilk dəfə ortaya çıxıb. Müğənni ailəsi ilə birgə fotolarını yayımlayıb. “Həyatımıza davam edirik” yazıb və yazısına şərhləri də bağladıb.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button