İdman

“Qarabağ” ÇL-də ən böyük uğursuzluğa imza atıb

“Qarabağ” Çempionlar Liqasının 2023/24 mövsümündə çıxışını başa vurub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az apasport.az-a istinadən xəbər verir ki. II təsnifat mərhələsində Polşa çempionu “Rakuv”la üz-üzə gələn Qurban Qurbanovun yetirmələri bu səddi keçə bilməyib.

Səfərdə 2:3 hesabı ilə uduzan ağdamlılar evdə heç-heçə ilə kifayətlənib – 1:1. Bununla da “Qarabağ” Çempionlar Liqası tarixində ən böyük uğursuzluğunu yaşayıb.

9-cu dəfə Avropanın ən nüfuzlu klub turnirində qüvvəsini sınayan Ağdam təmsilçisi ilk dəfə mübarizəni belə erkən dayandırıb. Əvvəlki 8 cəhdin hamısında II təsnifat mərhələsi keçilmişdisə, bu dəfə Qurbanov və komandası azarkeşlərinə məyusluq yaşadıb.

Qeyd edək ki. “Qarabağ” Çempionlar Liqası ilə bir dəfə qrupda, bir dəfə pley-offda, altı dəfə III təsnifat mərhələsində vidalaşıb.

2014/15 – III təsnifat mərhələsi

2015/16 – III təsnifat mərhələsi

2016/17 – III təsnifat mərhələsi

2017/18 – qrup mərhələsi

2018/19 – III təsnifat mərhələsi

2019/20 – III təsnifat mərhələsi

2020/21 – III təsnifat mərhələsi

2022/23 – pley-off mərhələsi

2023/24 – II təsnifat mərhələsi

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button