Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşayacağına inanırıq – ABŞ-ın Ermənistandakı səfiri
ABŞ-ın Ermənistandakı səfiri Kristina Quinnin açıqlaması Ermənistanda böyük rezonans doğurub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, “ABŞ Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəklərinə inanır və ümid edir”, – deyə səfir qeyd edib.
“ABŞ istənilən növ danışıqların müsbət tendensiya olduğuna inanır. ABŞ Cənubi Qafqazda sülhün tərəfdarıdır. Biz diqqəti nəqliyyat əlaqələrinə yönəltməyi təklif edirik. İnkişaf etmiş nəqliyyat şəbəkəsi Ermənistanın xeyrinə olacaq və onun 2-3 bazardan asılılığını azaldacaq”, – deyə səfir bildirib.
Onun sözlərinə görə, ABŞ Ermənistan və Azərbaycan arasında aparılan danışıqların yekun nəticəsinin tərəflərin maraqlarına uyğun davamlı sülh olmasını istəyir.
Kristina Quinnə bu açıqlamasından sonra az qala “Ermənistanın düşməni” elan ediləcək səviyyədə böyük təzyiqlər var.
Milli.Az