İdman

“Qarabağ” “Olimpiya” ilə cavab matçına çıxacaq

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offunda cavab matçına çıxacaq.

Ağdam klubu evdə “Olimpiya” ilə üz-üzə gələcək. Sloveniyada 2:0 hesablı inamlı qələbə qazanan “Qarabağ” Avropa Liqasının qrup mərhələsində oynamaq üçün üstünlüyünü qorumalıdır. Bu cütün məğlub tərəfi isə Konfrans Liqasının qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, “Qarabağ” ardıcıl 10-cu dəfə qrupda çıxış edəcək. Ağdamlılar 2017/18 mövsümündə Çempionlar Liqasında, 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21 və 2022/23 mövsümlərində Avropa Liqasının, 2021/22 mövsümündə Konfrans Liqasının qrupunda mübarizə aparıb.

Avropa Liqası

Pley-off, cavab oyunu

31 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Olimpiya” (Sloveniya)


Baş hakim: Alexandro Ernandes (İspaniya)

Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 2:0

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button