Ölkə

“Qarabağ Universitetinin açılışı həm mənəvi, həm də siyasi əhəmiyyət daşıyır”

“2024-cü il sentyabrın 20-də Qarabağ Universitetinin açılışında iştirak edən  Prezident İlham Əliyev universitetin müəllim və tələbə heyətilə keçirdiyi görüş zamanı etdiyi çıxışında Qarabağ Universitetinin yerləşdiyi Xankəndi şəhərinin tarixindən də bəhs edərək bildirdi ki, bura qədim Azərbaycan yaşayış yeri olubdur. Lakin yenə də respublikamıza və xalqımıza qarşı düşmənçilik siyasəti nəticəsində uzun illər ərzində Azərbaycanın nəzarəti burada ya zəif olub, ya da ümumiyyətlə olmayıb.” Bu fikirləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

K.Qafarov bildirib ki,  XIX əsrin əvvəlində bağlanmış “Kürəkçay”, “Gülüstan” və “Türkmənçay” müqavilələri faktiki olaraq ərazilərimizin sonrakı işğalını da şərtləndirdi. “Məhz bu müqavilələrdən sonra heç vaxt Qarabağ torpağında yaşamayan ermənilər kütləvi surətdə İrandan və Şərqi Anadoludan buraya köçürüldülər. Azərbaycanın iki əsr davam edən bütün bəlaları da ondan sonra başladı. Lakin Azərbaycanın 2020-ci ilin sentyabr-noyabr ayları ərzində apardığı Vətən müharibəsində və 2023-cü ilin 19-20 sentyabr tarixində keçirdiyi antiterror əməliyyatında əldə etdiyi tarixi Zəfər və parlaq qələbələr bu haqsızlığa birdəfəlik son qoydu. Artıq bundan sonra Azərbaycan xalqı 20 sentyabr tarixini hər il Suverenlik günü kimi qeyd edəcək. Qeyd etmək lazımdır ki, Xankəndidə Qarabağ Universitetinin açılışını da məhz bu tarixdə keçirmək böyük rəmzi məna daşıyır və həm mənəvi, həm də siyasi əhəmiyyət kəsb edir.”       

Deputat daha sonra bildirib ki, Qarabağ Universitetinin ilk tələbələri üçün elan edilmiş qəbul planının tam dolması insanlarımızın öz dədə-baba yurdlarına, Vətən torpaqlarına bağlılıqlarının daha bir göstəricisidir: “Bu gün Qarabağ Universitetində təhsil almağa başlayan tələbələr o torpaqlar işğal altında olduğu illərdə anadan olan gənclərdir. Təqdim olunan məlumatlarda bildirilir ki, universitetin qəbul planı bütünlüklə dolmuşdur. Bu, əlbəttə ki, qətiyyən quru statistik məlumat kimi qiymətləndirilə bilməz. Bu göstərici Azərbaycan xalqında Vətən torpaqlarına bağlılığın genlər səviyyəsində, qan yaddaşında olduğunu bir daha təsdiq edir. Bu tədris ilində Qarabağ Universitetində 1200 tələbə təhsil alacaq. Burada ölkəmizin hər bir bölgəsindən tələbələr var. Yüksək bal toplayan, o cümlədən 600-dən çox bal toplayan tələbələr də bu universitetə böyük həvəslə gəlmişlər. Hazırda Qarabağ Universitetində altı fakültə yaradılıb. Növbəti illərdə Tibb fakültəsi də yaradılacaq. Xocalıda Aqrar elmlər fakültəsi, Şuşada Turizm fakültəsi fəaliyyət göstərəcək. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Qarabağ Universiteti ən qısa zamanda ölkənin aparıcı ali məktəblərindən birinə çevriləcək”.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button