Uncategorized

Qarabağda saxlanılan qanunsuz birləşmələrin sayı AÇIQLANDI… – VİDEO

“Qarabağda məqsədli şəkildə 10 mindən çox qanunsuz silahlı birləşmə saxlanılır. Onlar dərhal suveren Azərbaycan ərazilərini tərk etməlidirlər”.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, qanunsuz silahlı birləşmələr bölgədə sabitliyi pozmaq üçün maraqlı qüvvələr tərəfindən təzyiq vasitəsi kimi istifadə olunur.

“Azərbaycanın bu məsələdə mövqeyi qətidir. Ərazilərimizdəki terrorçu dəstələr anlamalıdırlar ki, heç kim onları müdafiə edə bilməz.”

Ekspert vurğulayıb ki, qanunsuz silahlı birləşmələrin silahı yerə qoyub təslim olmaqdan başqa çıxış yolu yoxdur. Əks halda Azərbaycan Ordusu onlara yenidən sərt üzünü göstərəcək. Bu dəfəki əməliyyatlar separatçılar üçün daha ağır nəticələrə səbəb olacaq.

Üzeyir Cəfərov əlavə edib ki, Azərbaycan ən qısa zamanda Qarabağı qanunsuz silahlı birləşmələrdən təmizləmə əməliyyatlarına başlaya bilər.

Mövzu ilə bağlı “Xəbər Ertəsi”nin hazırladığı videomaterialı təqdim edirik.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button