Ölkə

Qarabağdakı qanunsuz erməni silahlı dəstələri üçün döyüş mövqeləri yaradılır

Qarabağdakı qanunsuz erməni silahlı dəstələri üçün döyüş mövqeləri yaradılır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, son günlər Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən qeyri-qanuni erməni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin qalıqları tərəfindən aktiv hazırlıq və gücləndirmə işlərinin görülməsi faktları aşkar edilir.

Videogörüntülərdə Qarabağ iqtisadi rayonunun bir neçə yaşayış məntəqəsində yerləşdirilən müxtəlif təyinatlı döyüş texnikası, xüsusilə də hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrinin maskalanması, onlar üçün ehtiyat döyüş mövqelərinin yaradılması halları da müşahidə olunur.

Qeyd edək ki, qeyri-qanuni erməni silahlı dəstələrinin bu kimi təxribat əməlləri son vaxtlar daha da intensivləşib. Qanunsuz erməni separatçı dəstələrinin üzvləri Qarabağ iqtisadi rayonunun yaşayış məntəqələrinə müxtəlif artilleriya qurğuları və hərbi texnika yerləşdirir və burada atəş mövqeləri qurur.

Həmin videokadrları təqdim edirik:

Milli.Az 


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button