Ölkə

Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisində məhsul və xidmətlərini tanıtmaq istəyən KOB-ların nəzərinə

19-21 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi (“Rebuild Karabakh 2023”) keçiriləcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu il də sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) xüsusi stendlə təmsil olunacaq.

Məhsul və xidmətlərini ödənişsiz olaraq KOBİA-nın stendində sərgiləmək istəyən və fəaliyyət istiqaməti sərginin mövzusuna uyğun gələn KOB-lar 5 oktyabr 2023-cü il tarixinədək müvafiq formanı dolduraraq Agentliyə müraciət edə bilərlər:  https://bit.ly/3Rbs44I (Qeyd: “İştirak etmək istədiyiniz tədbir” bölümündə “Rebuild Karabakh 2023” qeyd olunmalıdır).

Qeyd edək ki, “Rebuild Karabakh” Sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin məqsədi işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqəti çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir. “Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, enerjiyə qənaət sistemləri, “ağıllı ev” həlləri, təhlükəsizlik, turizm və mədəni irs, yol tikintisi və infrastrukturu bölmələrindən ibarət olacaq.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button