“Qarabağ”ın növbəti potensial rəqibləri açıqlandı

“Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri açıqlanıb.
Milli.Az bildirir ki, UEFA püşkdən əvvəl komandaları qruplaşdırıb.
Azərbaycan çempionu I raundda Cəbəllütariq çempionu “Linkoln”u üstələməyi bacarsa, növbəti mərhələdə “Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya), “Rakuv” (Polşa) – “Flora” (Estoniya) və ya “Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya) cütünün qalibi ilə qarşılaşacaqdı.
“Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi “Qarabağ” – “Linkoln” cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 14:00-da başlayıb. II təsnifat mərhələsinin oyunları 25-26 iyul, cavab matçları 1-2 avqustda keçiriləcək.
Milli.Az