Ölkə

Qaraqoyunlu kəndində təxliyə işləri həyata keçirilib

Bərdə rayonunun Qaraqoyunlu kəndində subasma ilə əlaqədar təxliyə işləri həyata keçirilibş

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında FHN-in Qarabağ, Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən subasmaya məruz qalmış Qaraqoyunlu kəndində zəruri təhlükəsizlik tədbirləri görülüb, o cümlədən təxliyə işləri həyata keçirilib.

Hazırda aidiyyəti qurumlarla koordinasiyalı şəraitdə su kanalının bəndinin uçmuş hissəsinin bərpası işləri davam etdirilir.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button