Ölkə

Qatarlar niyə gecikir? – Qurum rəsmisi açıqladı

Bəzən elə hallarla rastlaşırıq ki, insanlar dəmir yolu infrastrukturuna şüurlu şəkildə, bilərəkdən ziyan vururlar. Hərəkətdə olan qatarlara daş, içki şüşələri, müxtəlif bərk tullantılar atılır. Bu il ərzində hərəkətdə olan “Stadler” elektrik qatarı yeniyetmələr tərəfindən 11 dəfə daşa tutulub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin Təhlükəsizliyi departamentinin müdiri Pənah Kərimov müsahibəsində deyib.

O qeyd edib ki, hadisələr baş verərkən əsasən qatarın ön və yan şüşələrinə ciddi ziyan dəyib. Eyni zamanda sərnişinlərin həyatına da təhlükələr yaranıb.

“Bu, həm də infrastruktura vurulan maddi zərərdir. Bunun sadəcə bir adı var – vandalizm.

Təbii ki, bu vandalizm aktlarını törədənlər məsuliyyətdən kənarda qalmır. ADY və Daxili İşlər Nazirliyinin Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin birgə səyləri nəticəsində həmin şəxslər məsuliyyətə cəlb olunurlar.

Eyni zamanda qatar yollarının üzərində kənar əşyaların, daşların qoyulmasına görə də problemlər yaşanır. Qatarlara və relslərə ziyan vurmaqla yanaşı, bu kimi hallar həm də dəmir yolları ilə daşınan təhlükəli yüklərin dağılmasına, ətraf mühütin çirklənməsinə səbəb olur və sərnişinlərin həyatına ciddi təhlükə yaradır.

Bundan başqa, xüsusilə yük və sərnişin qatarlarının hərəkət etdiyi baş yollarda yolun üst quruluşu elementləri, rels yanlığı, rels altlığı, müxtəlif təyinatlı elektrik naqilləri, drossel transformatorları, işarəvermə qurğuları və s. kənar şəxslər tərəfindən oğurlanır.

Bəzi jurnalistlərin “Qatar niyə gecikir?” sualına cavabını məhz infrastruktura vurulan ziyanda axtarmaq lazımdır. Sadaladığım bu kimi hallar elektrik cərəyanının kəsilməsinə, işıqforun normal fəaliyyət göstərməməsinə, yolun bütövlüyünün pozulmasına və s. gətirib çıxarır. Təbii ki, nəticələr aradan qaldırılana qədər qatar yolda qalmalı olur – sizin təbirinizcə desək, “qatar gecikir” “, – deyə o bildirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button