Ölkə

Qaxda ŞOK CİNAYƏT: Bəy toyunda nişanlısının keçmiş sevgilisini bıçaqladı

Qax rayonunda bəy qız toyunda nişanlısının keçmiş sevgilisini bıçaqlayıb.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə toyun keçirildiyi şadlıq evinin  yaxınlığında baş verib.

Qax rayon sakini 25 yaşlı Yamən Şıxəmirli Gədəbəy rayon sakini 21 yaşlı Ariz Əhmədov tərəfindən bıçaqlanıb.

Bıçaqlanan Yamən Şıxəmirlinin əmisi iddia edir ki, hansısa yazıya görə bəy onun qardaşı oğluna xəsarətlər yetirib.

Həmin ərazidə bıçaqlanan Yamən Şıxəmirli kəsilmiş – deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olub və əməliyyat olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Yamən Şıxəmirliyə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən Ariz Əhmədov polis tərəfindən saxlanılıb. Məlumatına görə, Ariz Əhmədov və Yamən Şıxəmirli Vətən müharibəsinin iştirakçıları olub.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button