Ölkə

Qaz sayğacları dəyişdirildi, 200-ə yaxın abonentə böyük və eyni məbləğdə borc gəldi

Hacıqabulda qaz sayğaclarının dəyişdirilməsindən sonra bir qrup abonentə böyük məbləğdə borc bildirişləri gəlib.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Hacıqabul rayonu, Atbulaq kənd sakinləri belə bir məsələdən şikayətçidirlər.

Onların sözlərinə görə, ötən il smartkartla işləyən qaz sayğacları mexaniki qaz qurğuları ilə əvəz olunduqdan sonra abonentlərə yüksək məbləğdə borc bildirişləri gəlib. 200 nəfərə yaxın şəxsə eyni miqdarda – 25920 kubmetr həcmində, yəni 3110 manat 40 qəpik məbləğində borc yazılıb.

Kənd sakinləri deyirlər ki, sayğaclar dəyişdirilməzdən öncə yoxlanılıb və onlara heç bir problem olmadığı ilə bağlı aktlar təqdim edilib. Mövzu ilə əlaqədar aidiyyəti quruma müraciət ünvanlasalar da, cavab ala bilməyiblər.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev şikayəti araşdıraraq “Xəbər ertəsi”nə bildirdi ki, bütün proseslər normativlərə uyğun aparılıb. Onun sözlərinə görə, sayğac dövlət yoxlamasından keçərkən göstəricilər xidmətin müəyyən etdiyi normalardan artıq olduğu hallarda faktiki istifadə edilmiş qazın həcmi yenidən hesablanır.

Eldəniz Vəliyev gələcəkdə bu cür problemlərlə qarşılaşmamaq üçün abonentlərə sayğaclar çıxarılarkən onun dövlət yoxlanmasında iştirak etməyi tövsiyə edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button