Ölkə

Qazaxıstan COP29 çərçivəsində AQEM sədrliyini Azərbaycana ötürəcək

Qazaxıstan COP29 çərçivəsində Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyini Azərbaycana ötürəcək.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumunda deyib.

“Azərbaycan və Qazaxıstan sülhsevər ölkələrdir. Biz beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edirik. Bu əməkdaşlığın bir nümunəsini AQEM çərçivəsində əməkdaşlıq adlandırmaq olar. Qazaxıstan Bakıda keçiriləcək COP29 çərçivəsində AQEM sədrliyini Azərbaycana ötürəcək”, – deyə o vurğulayıb.

Bundan başqa, səfir iqtisadiyyat sahəsində və müxtəlif iri layihələrdə uğurlu əməkdaşlıqdan bəhs edib.

Qeyd edək ki, bu gün Qazaxıstanın Bakı səfirliyində Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumu keçirilir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button