Ölkə

Qeyri-sabit hava şəraiti ağır fəsadlar törətdi – VİDEO

Bir neçə gündür  müşahidə olunan qeyri – sabit hava şəraiti bölgələrdə ağır fəsadlar törədib. 

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Güclü yağış bir metrədək yarğanlar yaradıb, lil qatı yolu yararsız vəziyyətə salıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Qəbələyə yağan dolu və leysan yağışları Uludaş kəndindən keçən Bum çayında selin yaranmasına və suyun çayın istnad səddini aşaraq kəndə daxil olmasına səbəb olub.

Sel kənd yollarını, fərdi evlərin hasarlarını dağıdıb, həyətyanı təsərrüfatları, meyvə bağlarını lil qatı örtərək yararsız vəziyyətə salıb.

Qəbələ Suvarma Sistemləri İdarəsindən bildirilib ki, hazırda Bum çayında sel sularının kəndə düşdüyü ərazidə bərkitmə işləri aparan  iki ağır texnika işləyir.

Qeyd edilib ki, sözügedən ərazidə 350 metrədək beton istinad divarının qurulması üçün layihə hazırlanaraq aidiyyəti qurumlara təqdim olunub.

Yevlaxda isə  elektrik xətlərini və transformatoru ildırım vurub. Nəticədə Yevlax şəhərinin bir hissəsi və 4 kənd işqısız qalıb.  Sakinlər bildirib ki, yaşadıqları kəndlərdə elektrik verilişində fasilələr tez-tez olur.

Yevlax Rayon İcra Hakimiyyətindən “Xəzər Xəbər”ə bildirib ki, güclü ildırım çaxması nəticəsində rayonu elektrik enerjisi ilə təmin edən naqillərə və elektrik avadanlıqlarına ciddi ziyan dəyib, rayonun 5 yaşayış məntəqəsində Yevlax şəhərinin 1 hissəsi, Varvara, Balçılı, Ağqıraq, Cırdaxan kəndlərində  2600-ə yaxın abonentin  elektrik enerjisi ilə təchizatı dayandırılıb.

Sumqayıtda isə   külək irigövdəli ağacı yola aşırıb. Hadisə şəhərin 12-ci mikrorayon, Korolğu küçəsinə  baş verib. Ağac aşaraq yaxınlıqda olan avtomobilin üzərinə düşüb. Nəticədə maşına ciddi ziyan dəyib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button