Siyasət

Qırmızı Xaç Azərbaycanla niyə ədavət aparır?

Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıasa da, lakin bəzi beynəlxalq  təşkilatlar hələ də öz ampulalarındadır. Bunlardan biri də Beynəlxalq Qırmızı Xaç Komitəsidir..

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, adı çəkilən komitə uzun müddətdir ki, Xankəndidəki  ofisini Bakı ofisinə tabe etmək istəmir.

Politoloq Elçin Mirzəbəyli deyir ki, bu Komitənin Azərbaycanın ərazi bütövlüyünü tanımaması deməkdir.

Onun sözlərinə görə, Qərbin Azərbaycana fərqli münasibət bəsləməsi və təzyiq etməyə çalışmasının digər bir səbəbi xristian həmrəyliyidir. Amma bütün bunlara baxmayaraq Azərbaycan yenə də müstəqil siyasət yürüdəcək və beynəlxalq hüququn prinsiplərinə uyğun davranmağa davam edəcək.

Politoloq həmçinin vurğuladı ki, BQXK-nın fəaliyyətindəki neqativ hallar təkcə Azərbaycan ərazilərində nəzərə çarpmır.

Qeyd edək ki, Prezident  İlham Əliyev Şuşada “Euronyus” televiziyasına müsahibəsi zamanı Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyətinə toxunaraq Rəsmi Bakının legitim tələbinə cavab vermədiyini bildirərək tənqid etmişdi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button