Siyasət

“Qlobal Media Forumunun Şuşada keçirilməsi mühüm mesajdır”

Bu cür forumların təşkilində məkan çox vacibdir. Mənə görə ən böyük mesajlardan biri Qlobal Media Forumunun məhz Şuşada keçirilməsidir. Şuşa artıq Azərbaycandır.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “TRT World”ün koordinatoru Bora Bayraktar deyib.

O bildirib ki, məkan insanların düşüncələrində hər zaman iz buraxır.

“Forumun məhz Şuşada keçirilməsi ən əsası ona görə mühümdür ki, buranı heç zaman görməyən jurnalistlər də gəliblər və ola bilər ki, buranın işğaldan azad olunduğunu bilmirlər. Onlar hər şeyi öz gözləri ilə görürlər”,- deyə o əlavə edib.

B.Bayraktarın sözlərinə görə, ənənəvi media dəyərini itirməyəcək.

“Əvvəllər xəbərləri qəzetlərdə, sonra radio, televiziyada, indi isə əsasən rəqəmsal sferalarda oxuyurlar. Bu, ənənəvi medianın sıradan çıxması yox, fərqli formatda çatdırılması deməkdir. Ancaq məlumatın alındığı platforma da önəmlidir. İnsanlar “Tik-tok”, “Instagram” və buna bənzər sosial medialardan nə dərəcədə doğru məlumat ala bilərlər? Oradakı insanlar nə dərəcədə bu işə məsuliyyətli yanaşır? Düşünürəm ki, dezinformasiyanın çox olduğu bir zamanda ənənəvi media daha da dəyər qazanar”,- deyə o bildirib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button