Ölkə

Qlukozanın səhnədəki biabırçı çıxışı QALMAQAL yaratdı – VİDEO

Rusiyada Qlukoza ləqəbi ilə məşhurlaşan müğənni Natalya Çistyakova-İonovanın bir neçə gün əvvəl Krasnoyarskda açıq-havada keçirilən konserti qalmaqala səbəb olub.  

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az bizim.media-ya istinadən bildirir ki, buna səbəb sənətçinin səhnədə canlı ifa etməkdə çətinlik çəkməsi, bəzən düzgün nota düşməməsi və əlini qasıq nahiyyəsini apararaq ovuşdurması olub.

Krasnoyarsk sakinləri qonaq olan ulduzun konsertində gördüklərindən dəhşətə gəliblər. 38 yaşlı Natalya, izləyicilərin fikrincə, özünü nalayiq aparıb.

Onun bu qeyri-etik davranışı ilə tamaşaçılar tərəfindən xoş qarşılanmayıb. Onlar Qlukozanın səhnəni tərk etməsini istəyiblər. Konsert təşkilatçıları sənətçinin çıxışını vaxtından əvvəl bitirməsini tələb ediblər. Ulduzun qeyri-qanuni maddələrdən istifadə etməkdə ittiham ediblər.  

Biabırçı konsertin təşkilatçıları müqavilənin şərtlərini lazımınca yerinə yetirmədiyinə görə müğənnini məhkəməyə verəcəklərini açıqlayıblar. 

Sənətçinin özü baş verənləri hələki şərh etməyib.  

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button