Ölkə

Qoca çinar bilirdi… – FOTOlar

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva həm də Xocavənd rayonunun Şıx Dursun kəndində olublar.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, ölkə rəhbərliyinin səfərində bir sıra maraqlı məqamlar yadda qalıb.

Bunlardan biri də Prezident və xanımının “Çinar müqəddəs yer” abidə kompleksinə baxış keçirməsi ilə bağlıdır.

Məsələ burasındadır ki, Qırmızı Bazar qəsəbə inzibati ərazisi dairəsinə daxil olan Şıx Dursun kəndi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Kənd 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib.

Bundan öncə isə separatçıların “dövlət naziri” olmuş, hazırda isə Bakıda saxlanılan Ruben Vardanyan Qarabağa köçdüyü ilə bağlı xəbəri məhz bu ağacın altında videomüraciət edərək açıqlamış, Azərbaycana qarşı haqsız ittihamlar səsləndirmişdi.

Amma tarix, zaman o yerlərin, o çinarın əsl sahiblərinin kim olduğunu göstərdi.

Qeyd edək ki, 2500 ilə qədər yaşı olduğu təxmin edilən çinar nəinki Azərbaycanın, dünyanın ən yaşlı ağaclarından biri sayılır. Ağacın hündürlüyü 54 metr, gövdəsinin diametri 27 metrdir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button