Ölkə

Qonaqpərvərlik ruhu ilə Azərbaycan unudulmaz bir təcrübə yaradır

Azərbaycanın COP29 konfransına ev sahibliyi etməsi və tədbirin təşkili barədə təəssüratlarım çox müsbətdir. Bir həftədir ki, buradayam və bu müddət ərzində göstərilən qonaqpərvərlik, otel şəraitləri və ümumi təcrübə çox gözəl olub. Azərbaycanın zəngin mədəniyyəti, kulinariya müxtəlifliyi və xalqın səmimi qəbulu məndə dərin təəssüratlar yaratdı.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında COP29 çərçivəsində ölkəmizə gələn braziliyalı iştirakçı Raissa Gomes Mariano Muniz söyləyib.

Xanım iştirakçı öz təəssüratlarını bölüşərək qeyd edib: “Qonaqpərvərlik ruhu, tədbirin yüksək səviyyədə təşkili və zəngin milli mətbəxi ilə Azərbaycan iştirakçılar üçün unudulmaz bir təcrübə yaradır”.

COP29-la əlaqədar yaradılmış pavilyonların və ümumi təşkilatçılığın yüksək səviyyədə olduğunu diqqətə çatdıran qonaq əlavə edib: “Tədbirin hərtərəfli hazırlanması, həm logistika, həm də qonaq məmnuniyyəti baxımından Azərbaycan peşəkarlığını və beynəlxalq tədbirlərə ev sahibliyi etmək bacarığını bir daha sübut edir. Azərbaycanın gələcəkdə də bu kimi qlobal tədbirləri uğurla keçirəcəyinə inanıram və bu uğurları izləmək böyük məmnuniyyət yaradır”.

Milli.Az

Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button