Ölkə

Qonşular arasında münaqişə qətllə nəticələndi

Abşeron rayonu, Novxanı kəndində qətl hadisəsi olub.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, gecə saatlarında 46 yaşlı Şahlar Qasımovun kəsici-deşici xəsarətdən ölməsi barədə Abşeron Rayon Prokurorluğuna məlumat daxil olub.

Dərhal istintaq qrupu hadisə yerinə gəlib, meyitə baxış keçiriblər.  

Prokurorluqdan verilən məlumata görə, 43 yaşlı Cavanşir Əliyevin Abşeron rayonu, Novxanı kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı qonşusu Şahlar Qasımova bıçaqla sol ayağından xəsarət yetirməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edildiyindən o saxlanaraq istintaqa cəlb edilib.

Mərhumun qohumları bildiriblər ki, qonşular arasında əvvəllər də dava olub. İddialara görə, Cavanşir Əliyev bir neçə dostu ilə mərhum Şahlar Qasımovun yaşadığı ünvanın qarşısına gələrək söyüş söyüb. Elə tərəflər arasında dava da bundan sonra başlayıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cavanşir Əliyev barəsində ”qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda” maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button