Ölkə

“Qubad İbadoğlu Azərbaycanda daha çox xaricdən aldığı qrantla işləyən insan kimi tanınır”

Tanınmış iqtisadçı Qubad İbadoğlunun hüquq-mühafizə orqanlarında dindirilməsi və sonradan məhkəmənin qərarı ilə həbs olunması bu gün müəyyən qədər müzakirə edilən məsələlərdən biridir. İlk öncə vurğulamaq lazımdırdır ki, Qubad İbadoğlu Azərbaycan vətəndaşıdır və Azərbaycanın hüquqi normalarına uyğun olaraq da onun saxlanılması və dindirilməsi qanuna uyğundur. Şübhəsiz ki, onun saxlanılması ilə bağlı əsaslı səbəblər var. Rəsmi məlumatlara əsasən də “FETÖ” teror təşkilatı ilə əlaqədar Azərbaycanda bir neçə nəfər saxlanılıb və onlardan biri də Qubad İbadoğludur. İstintintaq yekunlaşdıqdan sonra ictimaiyyət bu məsələ ilə bağlı daha çox məlumata sahib olacaq.

“Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET “Gənc Qazilər” İctimai Birliyinə üzv olmaq üçün ANKET

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

A.Mirəzəzadə qeyd edib ki, bu gün Azərbaycanda müəyyən quruplar, xaricdəki mərkəzlər Qubad İbadoğlunun saxlanılması ilə bağlı ölkədə siyasi kampaniya başlatmağa çalışırlar və Q.İbadoğlunu bir siyasi lider kimi təqdim etməyə çalışırlar. Q.İbadoğlu Azərbaycan siyasi məkanında olsa da, tez-tez mövqeyini dəyişən şəxs olub.

“Bir vaxtlar AMİP-də fəaliyyət göstərib, sonradan Müsavat partiyasına keçib, daha sonra isə oradan da çıxaraq yeni bir siyasi qrup yaradıb. Q.İbadoğlu siyasi liderliyə can atan şəxs olsa da, heç öz yaratdığı təşkilatı da gücləndirə və idarə edə bilməyib. Təsadüfi deyil ki, onun yaratdığı Demokratiya və Rifah Partiyasının siyasi idelogiyası da tez-tez dəyişib. Partiya rəhbərlik etmək əvəzinə uzun müddət Q.İbadoğlu xaricdə fəaliyyət göstərib, partiya isə idarəsiz qalıb.

“Siyasi partiyalar haqqında” qanuna uyğun olaraq qeydiyyatdan keçməyə də maraq göstərməyiblər. Təşkilatın özü də daima qalmaqallarla tanınıb. Q.İbadoğlunun təşkilatdakı müavini, Bütöv Naxçıvan Respublikası təşkilatı, idarə heyətinin üzvləri onun qeyri səmərəli fəaliyyətinə görə təşkilatı tərk edib. Faktiki olaraq bu partiya kiçik bir qrupdan başqa bir şey deyil”, – deyə A.Mirəzadə əlavə edib.

A.Mirəzadə qeyd edib ki, Q.İbadoğlunun iqtisadi baxışları bir qayda olaraq, ifratçılıq, qərəzli yanaşma ilə xarakterizə olunur. Q.İbadoğlu özünü xalq adamı, təmiz siyasətçi kimi göstərməyə çaılşsa da, cəmiyyətdə onun haqqında bir çox hallarda suallar var. Onun xaricdəki fəaliyyəti, partiyasının maliyyələşməsi, onun çıxışlarında Azərbaycanın taleyi yüklü məsələlərinə toxunmaması, topraqlarımızın işğaldan azad olunması və tarixi Zəfərimiz barədə fikir bildiriməmək, xaqlımızın müabirəzəsinin bir dəfə də olsun təqdir olunmaması Q.İbadoğlu barəsində haqqlı suallar doğurub. Bir qayda olaraq onun çıxışlarındakı mövqe xaricdən sifariş xaraketeri daşıyıb.

“Bu sadalananlara görə də Q.İbadoğlu Azərbaycanda daha çox xaricdən aldığı qrantla işləyən insan kimi tanınır. Zaman-zaman da onun çıxışları Azərbaycana qarşı xaricdən səsləndirilən bəyanalar, açıqlamalarla eynilik təşkil edib. Bu gün onun saxlanılması ilə bağlı xaricdəki müəyyən dairələrin narahatlığı ilk növbədə özlərinin sədaqətli icraçısının itirlməsi ilə bağlıdır. Həmin xarici dairələr uzun müddət Q.İbadoğlu ilə işləyiblər. Q.İbadoğlu onların mövqeyinə xidmət edib, buna görə də həmin dairələr bu gün çox narahatdırlar. Çünki Aəzrbaycanda onlara xidmət edənlərin sayı kəskin azalıb və bir nəfərin də azalmasını isitəmirlər. İstintaq getdiyi bir dövrdə onun azadlığa buraxılmasını tələb edirlər”, – deyə A.Mirəzadə əlavə edib.

Deputat vurğulayıb ki, bu gün Azərbaycan öz müstəqilliyini, dövlətçiliyini ilk növbədə cəmiyyətinin vətənpərvəriliyi və onun suveren hüquqlarının qorunması yolunda mübarizə ilə aparır.

“Cəmiyyətimizdə Q.İbadoğlunun “FETÖ” terror təşkilatı ilə əlaqəsinin olması ciddi şəkildə müzakirə edilir. Onun hansı səbəbdən xaricdən böyük qrantlar alması, uzunmüddət xaricdə fəaliyyət göstərərək Azərbaycana qarşı qərəzli mövqe bildiriməsi faktları ortadadır. Bu gün ölkəmizdə Azərbaycanı müdafiə edən, azərbaycançılığı əsas götürən, ölkəmizin daxili işlərinə xarici müdaxilələrin qarşısını almağa çalışan kifayət qədər ziyalı, vətənpərvər, demokrtaik düşüncəli insanlar var. Azərbaycanın da gücü məhz onlardadır”, – deyə A.Mirəzadə əlavə edib.

Milli.Az


Qazi.az

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button